Monte Melkonyan kimi şəxslərin xatirə gecəsini keçirmək qətiyyən yolverilməzdir. Bundan nəinki Azərbaycan, elə Rusiya ictimaiyyəti də hiddətlənib. Bildiyimiz kimi, Monte Melkonyan terror hücumlarının hazırlaması və həyata keçirməsi ilə tarixə düşüb. Bu tədbir ləğv edilməli, təşkilatçıları barəsində də hüquq mühafizə qurumları tərəfindən müvafiq tədbirlər görülməli, cinayət işi başlanmalıdır.
Mediainfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Rusiya Erməniləri İttifaqının təşkil etdiyi Monte Melkonyanın xatirə gecəsinə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, bu sayaq tədbirlərin qarşısı alınmasa, gələcəkdə xalqlar arasındakı gərginlik daha da artacaq:
“Tərəflərdən biri mülki əhaliyə qarşı kütləvi zorakılıqda əli olan şəxsin xatirəsinə ehtiram göstərirsə, bu vəziyyət qalan tərəflərin, yəni Azərbaycanın, Rusiyanın, yaxud başqa ölkələrin şübhələnməsinə səbəb olur. Ermənistan tərəfi öz addımları ilə kütləvi zorakılığı, terror hücumlarını tərənnüm edərək bu kimi əməllərin davam etdirilməsinə rəvac verir. Bu da zorakılıq çənbərini daha da genişləndirmək deməkdir ki, buna yol vermək olmaz”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































