İraq Kürd Regional Administrasiyasının rəhbəri Məsud Bərzaninin “kürd-kürd münaqişəsi istəmirəm” sözləri ən böyük səhvi oldu.
Mediainfo.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik ekspert Abdullah Ağar 1500 nəfərlik Peşmərgə qüvvələrinin PKK-nın Berdanazi düşərgəsini mühasirəyə alması ilə bağlı məlumatları şərh edərkən deyib.
“Bu, kürdlərlə kürdlərin münaqişəsi deyildi, bu, kürdlərlə terrorizmin mübarizəsi idi. Bərzani bu səhvinin nəticəsini artıqlaması ilə ödəyir. PKK peşmərgəni təhdid edir. Kürd administrasiyasının daxilində də bir qətiyyətsizlik var: PKK ilə döyüşək, yoxsa razılığa gələk?.. Hazırda İraqın şimalında PKK suveren sistemi məhv edir. Türkiyə Bərzaniyə dəstək verməyə hazırdır. Buna Bərzani qərar verməlidir. Bu, kürdlə kürdün mübarizəsi deyil! Kürd etnik mənsubiyyətindən istifadə edən terror şəbəkəsi ilə mübarizədir”, - deyə A.Ağar bildirib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























