Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian və Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Xayko Maas Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbətində Ukraynada, Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.
Mediainfo.az xəbər verir kiNazirlər arasında Azərbaycan-Ermənistan sərhədində vəziyyət, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının icrasının gedişi müzakirə olunub.
Qeyd edilir ki, danışıqlar zamanı atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb.
Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulması yalnız rəsmi Bakı və Yerevan icazəsi ilə ola bilər.
XİN rəhbərləri həmçinin Ukrayna məsələsini müzakirə ediblər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































