“Müharibənin bütün dövrü, bütün bu 44 gün ərzində insanlar həyasız təbliğata aldanmışdılar”.
Mediainfo.az “RBK”ya istinadla xəbər verir ki, bunu Rusiya nəşrinə geniş müsahibəsində Robert Köçəryan bildirib.
Onun sözlərinə görə, erməni cəmiyyəti müharibədən sonrakı sindromdan keçməlidir.
Keçən ilin nəticələri ilə bağlı bir sualı cavablandıran eks-prezident ən faciəli nəticənin müharibə olduğunu və “mənim üçün gözlənilməz və çox biabırçı bir məğlubiyyət” olduğunu qeyd edib. “Ölkədə indi həm ərazi, həm də insan itkiləri ilə əlaqəli müharibədən sonrakı bir sindrom yaşanır. Bütün bunlardan birtəhər keçməli, sağ qalmalı, dağılmamalı, dirçəliş və var olmağın yeni bir düsturunu tapmağa çalışmalıyıq”.
Keçmiş prezident cəmiyyətin hərbi cəhətdən üstünlüyə malik olduğuna, ölkənin və Qarabağın etibarlı şəkildə qorunacağına əmin olduğunu bildirib.
Robert Köçəryan deyib: “Müharibənin bütün dövrü, bütün bu 44 gün ərzində insanlar hücum edəcəyimiz, mövqelərimizi yaxşılaşdırdığımıza dair həyasız təbliğatla aldadılıb. Bütün bunları həzm etmək olduqca çətindir. Axı, cəmiyyətin uzun illər sarsılmaz olduğumuza inamı vardı və birdən tamamilə əks-nəticə oldu. Stres çox güclüdür. Həm şəxsi, həm də kollektiv stresli vəziyyət. Hər bir Ermənistan vətəndaşı üçün. Bu vəziyyət adlanmalı və düzgün ünsiyyət formulu tapılmalıdır. Müharibədən sonrakı sindromlar hər zaman çox ciddidir, uzun müddət davam edir. Cəmiyyətin mümkün qədər tez bu vəziyyətdən çıxmasına kömək etməliyik”.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































