SSRİ-nin 1972-ci ildə Yaponiya ilə sülh razılaşması problemini ciddi şəkildə həll etmək niyyəti olub.
Mediainfo.az xəbər verir ki, bu məlumatı “Kyodo” agentliyi yayıb. Məlumata görə, SSRİ bu addımı Pekin və Yaponiya arasında yaxınlaşma fonunda atmaq niyyətində olub.
Agentlik SSRİ-nin mübahisəli 4 Kuril adasından 2-sini Yaponiyaya vermək istədiyini yazıb.
Yaponiyanın yaydığı sənədlərin SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosu tərəfindən hazırlandığı vurğulanıb. Bu layihədə Yaponiyaya Şikotan və Xabomai adalarının verilməsinin planlaşdırıldığı əks olunub.
Sənəd haqqında SSRİ Siyasi Bürosu ilə bərabər DTK və Müdafiə Nazirliyi məlumatlı olub. Bununla belə layihəni tərəflər arasında razılaşdırmaq mümkün olmayıb. Belə ki, Yaponiya SSRİ-dən dörd adanın hamısının qaytarılmasını tələb edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































