Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
Mediainfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı müzakirələr davam edib. Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisə ilə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarının yerinə yetirilməsinin, ilk növbədə - atəşkəs rejiminə ciddi şəkildə riayət edilməsinin vacibliyini vurğulayıb”, – deyə məlumatda qeyd olunub.
Rusiya Prezidenti vasitəçilik səylərini davam etdirməyə və İrəvan və Bakı ilə təmasları dəstəkləməyə sadiq olduğunu bir daha təsdiqləyib.
“Rusiya tərəfindən bölgədə sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərinin davam etdirilməsi və İrəvan ilə Bakı arasında sıx təmasları davam etdirmək istəyi təsdiqlənib. Nikol Paşinyan Rusiya Prezidentinə təşəkkürünü bildirərək konstruktiv dialoq və qarşılıqlı fəaliyyətin tərəfdarı olduğunu söyləyib. O, ortaya çıxan bütün problemlərin yalnız dinc, siyasi və diplomatik yollarla həll edilməli olduğunu deyib”, – deyə bildirilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Cənubi Qafqazda iqtisadi, nəqliyyat-logistik əlaqələrinin bərpası məsələlərinə toxunulub. Müxtəlif səviyyələrdə gələcək təmaslar razılaşdırılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































