Azərbaycan Ordusunun Zəngəzur istiqamətində dövlət sərhədini bərpa etməsi və Qara gölü nəzarətə götürməsinə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan reaksiya verib.
Mediainfo.az xəbər verir ki, gecə saatlarından Təhlükəsizlik Şurasının iclasını toplayan Nikol Paşinyan Azərbaycanı ittiham etməkdən də çəkinməyib.
“Zəngəzur (Sünik) vilayətinin Qara göl rayonunda vəziyyət olduqca ciddi qalmaqda davam edir və heç nə dəyişməyib. Ərazidə Azərbaycan hərbçiləri və bizim hərbçilərimiz var. Amma demək istəyirəm ki, vəziyyət hərbi gərginlik səviyyəsinə çıxmayıb. Heç bir atışma və toqquşma baş verməyib”, - Paşinyan bildirib.
Ermənistanın illərdir Azərbaycan ərazilərini işğal etməsi və qanunsuz olaraq dövlət sərhədini dəyişməsi faktlarını unudan Nikol Paşinyan guya Azərbaycanın Qara gölə sahiblənməsi üçün saxta xəritələrdən istifadə etdiyini deməkdən də çəkinməyib.
Hətta Nikol daha da irəliyə gedərək, Azərbaycan hərbçilərinin ərazidən çıxarılması ilə bağlı işlərin aparıldığını da deyib.
Qeyd edək ki, Azərbaycan Ordusu ötən gün GPS və xəritələr əsasında dövlət sərhədimizi bərpa etmək üçün 2-3 km irəliləyərək, Qara gölü tam nəzarətə götürüb. Torpaqlarımız işğal altında olduğu vaxt sərhədləri həyasızcasına qabağa çəkərək, zəbt edən ermənilər isə hər dəfə sərhəd dəqiqləşməsində hay-küy salaraq, zəbt etdikləri ərazini geri vermək istəmirlər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































