Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ikinci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Mediainfo.az xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bölgənin dinc həyata qayıtması ilə bağlı əldə edilən birgə razılaşmaların həyata keçirilməsi olacaq.
Bayramov və Lavrov görüşündə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələrin koordinasiyası məsələsi də kənarda qalmayacaq. Tərəflər nazirliklərarası məsləhətləşmələr Planını da imzalamaq niyyətindədirlər.
Rusiyanın naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyacaq.
Eyni zamanda, Lavrov Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































