"Adamlar “dövlət”dən 68 min dram (təxm. 217 manat- S.L.) alır və çoxları bundan məmnundur. 100-150 min dramlıq (təxm. 318-477 manat) maaş yaxşı hesab olunur. Ordudakı kimi 300 min dramlıq (təxm. 953 manat) əməkhaqqı yalnız xəyal olunacaq bir şey sayılır. Sadəcə, “dövlət” sektorundan kənar bir iş yoxdur. Pulsuz mənzil və digər vədlərə, əsasən tikinti prosesi zamanı adi oğurluq, qohumluq və korrupsiya hekayələri səbəbindən xüsusi bir inam yoxdur...”
Oxuməni.az xəbər verir ki, bu sətirlər Ermənistanın Vatikandakı keçmiş səfiri, terrorçu eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın özünün teleqram-kanalında təqdim etdiyi yaxın bir dostunun Qarabağ səfərindən sonra ona yazdığı məktubdandır.

“Hamı yalnız siyasətdən danışır. Mövzunu dəyişdirməyə çalışsan da, hər şey yenə siyasətə qayıdır. Nikolun (Paşinyanın-S.L.) anasını söyürlər. Bizi (Ermənistandakı erməniləri –S.L.) onu hakimiyyətə gətirdiyimizə və qova bilmədiyimizə görə günahlandırırlar. Araik haqqında susurlar. Ola bilsin, mənimlə - Ermənistandan olan bir yad adamla, ya da başqa bir səbəbdən onu müzakirə etmək istəmirlər. Sülhməramlılara ümid bəsləyirlər. Tezliklə Rusiya pasportlarının verilməyə başlayacağı, Qarabağda bir rus bazası qurulacağı, Putinin Araiklə gizli görüşməsi və bunlara bənzər çox sayda tamamilə inanılmaz konspiroloji şayiələr gəzir. Hər zamanki kimi hər kəs hansısa bir “əmi”nin tezliklə bütün problemləri (yaxşı olar ki, özlərinin birbaşa iştirakı olmadan) mütləq həll edəcəyinə ümid edirlər...
Bir sözlə, qısa desək, Artsaxın tamamilə itirildiyini hiss edirəm...” - deyə Yuxarı Qarabağdan yenicə qayıtmış erməni M.Minasyana məktubunun davamında yazır.

Açar sözlər
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































