Rusiya Prezidenti Vladimir Putin məmurların ikinci vətəndaşlıq və ya xaricdə oturma izni almasını qadağan edən qanun imzalayıb.
Mediainfo.az xəbər verir ki, sənəd rəsmi hüquqi internet portalında yayımlanıb.
Qadağa birbaşa dövlət təhlükəsizliyi, gömrük orqanları, hərbi qulluqçular, mühafizəçilər, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidmət, millət vəkilləri, Rusiya Federasiyası subyektlərinin rəhbərləri, Mərkəzi Bank, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin işçiləri, habelə Uşaq Hüquqları üzrə Müvəkkil, Maliyyə Ombudsmanı və ictimai nəzarət komissiyalarının üzvlərinə aid edilir.
Həmçinin, ikinci oxunuşda bu siyahıya Mərkəzi Bankın sədr müavinləri də daxil edilib.
Bundan əlavə, diplomatik işçilərdən həyat yoldaşlarının xarici vətəndaşlıq və yaşayış icazəsi aldıqları və ya xaricdə daimi yaşamalarına icazə verən digər sənədlər verilməsi barədə rəhbərliyə xəbərdarlıq etmələri tələb olunacaq.
Habelə, ikinci vətəndaşlıq və ya xaricdə yaşayış icazəsi olan rus vətəndaşı xarici bir dövlətə səfir və ya beynəlxalq bir təşkilatda Rusiya Federasiyasının nümayəndəsi təyin edilə bilməz.
Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi təqdirdə səfir və ya nümayəndə vəzifəsindən kənarlaşdırılır.
Qanuna görə, tələblərin qüvvəyə mindiyi gündən altı ay sonra müvafiq məlumatları təqdim etməyən dövlət qulluqçusu işdən çıxarılacaq.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir






















.jpg)
.jpg)










.jpg)




















