"Bir milyondan çox azərbaycanlı və erməni Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparıb, onların yarıdan çoxu döyüş meydanında həlak olub".
Mediainfo.az yerli mətbuata istinadən bildirir ki, bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Perepelkin deyib.
"Azərbaycanla Ermənistanın Qələbədə böyük payını qeyd etmək istəyirəm. Böyük Vətən Müharibəsində Azərbaycan və Ermənistandan bir milyondan çox insan iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu döyüş meydanında həlak olub. İki yüz mindən çoxu orden və medallarla təltif olunub, iki yüz nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adı alıb", - Perepelkin xatırladıb.
Onun sözlərinə görə, mayın 9-da Qarabağdakı Rusiya sülhməramlı bölmələrində şəxsi heyətin Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş təntənəli düzülüşü olacaq: "Bu il biz qələbənin 76-cı ildönümünü qeyd edəcəyik. Bu tədbir faşizmlə mübarizədə həlak olmuş bütün döyüşçülərin xatirəsinə həsr ediləcək".
Bundan başqa, mayın 9-da sülhməramlılar Böyük Vətən müharibəsi veteranlarına kömək məqsədilə bir sıra humanitar aksiyalar da keçirəcəklər.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















