Ermənistanın taktikası danışıqlar prosesində iştirakla bağlı imitasiya yaratmaq, həlledici addım atmaq lazım gəldikdə isə, Fransa danışıqlarında olduğu kimi, geri çəkilmək idi. 2009-cu ildə Ermənistan tərəfi əslində Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad edilməsini nəzərdə tutan həll variantını rədd etdi.
Mediainfo.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, əgər belə demək mümkündürsə, mənəviyyat müharibəsi aparırdı:
“Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək barədə oldu. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunu aydın göstərdi".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































