Azərbaycanla Türkiyə arasında növbəti Birgə Komissiyanın yaradılması nəzərdə tutulur.
Oxuməni.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişdə maddə var. Sazişi aprelin 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib. Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb. Sazişə Azərbaycan tərəfdən Müdafiə naziri Zakir Həsənov, Türkiyə hökuməti adından isə o vaxtkı Milli Müdafiə naziri Nurəddin Canıklı imza atıb. Sənəddə göstərilir ki, Birgə Komissiyanın üzvləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin nümayəndələrindən ibarət olacaq. Komissiyada hər iki tərəfin bərabər sayda təmsil olunması nəzərdə tutulur.
Komissiya bu sazişin müddəalarının həyata keçirilməsi, şərhi və lazım olduğu təqdirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək. Sazişə əsasən, Komissiyada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin heyətinə müdafiə sənayesi nazirinin müavini və ya səlahiyyət verdiyi nümayəndə sədrlik edəcək. Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin heyətində Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri və ya müşavirinin müavini sədr olacaq.
Lazım olduğu təqdirdə, Komissiyaya hər bir tərəfin silahlı qüvvələrindən, qurumlarından və müdafiə sənayesi təşkilatlarından mütəxəssislər daxil edilə bilər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































