Ermənistan köhnə səhifəni bağlamayana qədər tarixdə yeni səhifə aça bilməz.
Mediainfo.az xəbər verir ki, bunu Ermənistanın Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyan deyib. Onun sözlərinə görə, Paşinyan vəzifəsindən istefaya getməməklə bərabər Ermənistana Türkiyə və Azərbaycanla dostluq proqramı təklif edir:
“Elə zamanlar vardı ki, buna görə güllələnmə olurdu (1999-cu ilə parlament gülləbaranı nəzərdə tutulur – red.). Təəssüf edirəm ki, o dövrlər keçdi. İndi biz bu biabırçılıq səhifəsindəyik və onu döndərə bilmirik. Növbəti səhifədə bizi çox çətinliklər və böyük imkanlar gözləyir. Nikol Paşinyan təkcə bizim keçmişimizi yox, həm də gələcəyimizi məhv edir”.
O, Ermənistan Təhlükəsizlik Şurasının sədrinin Türkiyə ilə münasibətlərin korrektə edilməsinə dair bəyanatının gülünc olduğunu bildirib:
“Türkiyə ilə münasibətlərimiz əvvəl də, indi də çətindir. İndi müharibə bitməyib və düşmənimiz Türkiyədir. Bundan sonra dostluğa can atmaq sadəcə gülüncdür”.
Manukyan regionda kommunikasiyaların Azərbaycanla Türkiyənin izn verdiyi qədər açılacağını söyləyib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















