Qarabağ müharibəsi: Dünyanın diqqəti "Bayraqdar"da...

Qarabağ müharibəsi: Dünyanın diqqəti "Bayraqdar"da...

Fransanın nüfuzlu “Frans Press” agentliyi Qarabağ, Suriya və Liviya müharibələrindən sonra Türkiyənin “Bayraqdar TB2” pilotsuz döyüş aparatlarının müştərilərinin sürətlə artdığını yazır.

Oxuməni.az-ın məlumatına görə, agentlik qeyd edir ki, həmin pilotsuz döyüş aparatları Suriya, Liviya və Azərbaycanda son zamanlar önəmli hərbi nailiyyətlərə imza atıb. Və Türkiyənin istehsalı olan pilotsuz sistemlərə marağı artırıb.

Pilotsuz döyüş təyyarələri Türkiyənin hərbi gücünə əlavə olaraq ölkənin xarici siyasət maraqlarının həyata keçirilməsi üçün effektiv təsir vasitəsinə çevrilib. “Bayraqdar”ların son münaqişələrdə effektiv tətbiqindən sonra Türkiyə bu PUA-ları geniş miqyasda başqa ölkələrə ixrac etməyi planlaşdırır.

Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri İsmail Demir agentliyə verdiyi açıqlamada deyib:

“Keyfiyyət-qiymət əlaqəsi baxımından biz bu sahədə dünyada liderik. Dünyada bir çox pilotsuz təyyarə istehsalçıları var, amma qiymətini və texniki göstəricilərini müqayisə edəndə ortada böyük fərqlər yaranır. Bizim PUA-ların özəlliklərinə sahib olan və digər ölkələrdə istehsal olunan PUA-ların qiyməti az qala iki dəfə bahadır”.

Agentlik qeyd edir ki, Türkiyə döyüş pilotsuz təyyarələrini 2016-cı ildən bəri PKK-ya qarşı mübarizədə tətbiq edir.

“Bayraqdar”lar isə indiyədək Qətər, Ukrayna və Azərbaycana satılıb.

İsmail Demir deyib ki, bir çox Yaxın Şərq, hətta Avropa ölkələri Türkiyənin pilotsuz təyyarələri ilə yaxından maraqlanır və öz nümayəndələrini danışıqlar aparmaq üçün göndərirlər.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az