Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.
Mediainfo.az-ın məlumatına görə, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənəcək.
Bundan başqa iclasın gündəliyinə 7 digər məsələnin birinci oxunuşda müzakirəsi daxil edilib. Komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda, Şəhərsalma və Tikinti, Əmək, Mülki Prosessual, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədlər müzakirə ediləcək.
İclasda “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.
Murad
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































