“Yunanıstan NATO-nun vasitəçiliyi əsasında Türkiyə ilə dialoqa razılıq vermədi və haqsız olduğunu bir daha sübut etdi”.
Mediainfo.az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu TRT-də jurnalistlərin sualların cavablandırarkən deyib.
Çavuşoğlu hazırda Avropa İttifaqına rəhbərlik edən alman kansler Angela Merkelin, Almaniya Xarici İşlər Naziri Hayko Maas və Aİ-niın Xarici siyasət, Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borellin Şərqi Aralıq dənizindəki gərginliyi aradan qaldırmaq üçün xoşniyyətli cəhdlərinin də faydası olmadığını vurğulayıb: “Anlaşılmayan mövzular yalnız danışıqlar yolu ilə anlaşılar, Yunanıstan haqsız olduğu üçün dialoqdan qaçır”.
M.Çavuşoğlu Yunanıstanı Türkiyə əleyhinə yönəldən ölkələrdən birinin Fransa olduğunu qeyd edib.
Nazir bildirib ki, buna səbəb Türkiyənin Suriyanın şimal şərqində “Barış bulağı” hərəkatına başlamaqla Fransanın bölgədə terror dövləti yaratmaq planını pozması olub: “Məgər biz terrorla mübarizə aparmaq üçün Fransadan icazə almalıydıq? Daha sonra Fransa Liviyada terrorçu Haftarı dəstəklədi. Bu ölkənin Şərqi Aralıq dənizində nə işi var, burda da ortalığı qarışdırır. Fransaya tövsiyəmiz budur ki, isterik davranışlarına son qoysun və bizimlə əməkdaşlığa gəlsin”.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















