Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin ilə görüşmək üçün Moskvaya səfər edəcək.
Mediainfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makey danışıqlar zamanı söyləyib.
"İki ölkənin prezidentlərinin yaxın bir neçə həftə ərzində Rusiyanın paytaxtında görüşü baş tutacaq. Bu, qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirmək üçün bizim birgə istəyimizi vurğulayır", Lavrov bildirib.
Xarici İşlər naziri 3 sentyabrda Rusiyanın Baş naziri Mixail Mişustinin Minskə səfər edəcəyini söyləyib. Öz növbəsində, Belarusun Müdafiə naziri Viktor Xrenin MDB, ŞƏT(Şanxay Əməkdaşlıq Təşkilatl) və KTMT ölkələrinin müdafiə nazirlərinin birgə iclasında iştirak etmək üçün cümə günü Moskvaya yola düşəcək.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















