Baydendən Trampa çağırış

Baydendən Trampa çağırış

Prezident Donald Tramp ABŞ cəmiyyətində nifrət və nifaq oyadır.

Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Co Bayden Oreqon ştatının Portland şəhərində baş verən iğtişaşları şərh edərkən deyib.

Onun sözlərinə görə, son günlərdə şəhərdə ölümə səbəb olan şiddət bütün hallarda qəbuledilməzdir.

"ABŞ şəhərlərinin küçələrində atəş açmaq qəbuledilməzdir. Bu cür zorakılıqları qətiyyətlə qınayıram. Mən Donald Trampı da eyni şeyi etməyə çağırıram", - Bayden qeyd edib.

Prezidentliyə namizəd, həmçinin Trampın ABŞ cəmiyyətindəki nifrəti dəstəklədiyini, qorxu siyasətindən istifadə etdiyini və ağılsızcasına zorakılığı təşviq etdiyini bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az