Litva Xarici İşlər Nazirliyi ölkəyə girişinə qadağa qoyulması nəzərdə tutulan Belarus rəsmilərinin siyahısını artırıb.
Mediainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər naziri Linas Linkeviçiusun müşaviri Rasa Yakilaytene deyib.
"Litva Xarici İşlər Nazirliyi ölkənin Daxili İşlər Nazirliyinə Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla 118 nəfərin adı olan yenilənmiş bir siyahı göndərib", - deyə müşavir bildirib.
Bu sanksiya tətbiq olunacaq şəxslərin yenilənmiş siyahısıdır.
Xarici İşlər Nazirliyi daha əvvəl Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırılması və dinc etirazçılara qarşı güc tətbiq edilməsinə görə məsuliyyət daşıyan 32 nəfərin adının olduğu ilkin siyahını avqustun 19-da Daxili İşlər Nazirliyinə təsdiq üçün təqdim etmişdi. Növbəti gün Baş nazir Saulius Skvernyalis texniki məsələlərin olduğunu söyləyərək, bunların həllindən sonra siyahının elan olunacağı bildirdi.
Sanskiyalar siyahıya daxil olan şəxslərin Litvaya girişinə qadağa qoymaqla yanaşı? onların Litvadakı hər hansı maliyyə qurumlarında olan vəsaitlərini dondurmağı nəzərdə tutur.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















