Azərbaycan və Rusiya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcək

Azərbaycan və Rusiya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcək

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcək.

Mediainfo.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya rəsmi səfər edəcək.

Səfər çərçivəsində XİN rəhbərləri ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, regional və beynəlxalq gündəliyin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək.

Bundan başqa, C.Bayramovun Rusiya baş nazirinin müavini və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az