ABŞ-ın Demokratlar Partiyası keçmiş vitse-prezident Co Baydenin cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.
Mediainfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın Miluokidəki (Viskonsin ştatı) ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub. Səsvermə pandemiya ilə əlaqədar olaraq virtual formatda keçirilib. Bayden artıq tələb olunan minimum səs həddini keçib - 2 374.
35 ildən çox Delaver ştatından senator seçilən və Obama administrasiyasında vitse-prezident vəzifəsini icra edən Bayden iradəli və təcrübəli demokratlardan biri hesab olunur. Bayden seçkidə qalib gələrsə, andiçmə vaxtı 78 yaşı olacaq. Bununla da ABŞ-ın ən yaşlı prezidenti kimi tarixə düşəcək.
Bayden 1973-2009-cu illərdə Delaver ştatından senator seçilib. O, ölkənin xarici siyasətində ən nüfuzlu şəxslərdən biri olub və dəfələrlə ABŞ Konqresinin Yuxarı Palatasında (Senat) xarici işlər komitəsinin sədri seçilib.
Senator olaraq Bayden, Vaşinqtonla Moskva arasında silaha nəzarətlə bağlı əməkdaşlığın lehinə olub və özü də bu işdə iştirak edib. ABŞ-ın Balkanlardakı vəziyyətə fəal müdaxiləsini dəstəkləyib. Xatirələrində Bayden Slobodan Miloşeviçi ilə görüşünü və onu “müharibə cinayətkarı” adlandırdığını xatırlayır. Daha sonra senator NATO-nun Yuqoslaviya Federal Respublikasına qarşı həyata keçirdiyi hərbi əməliyyatın tərəfdarı da olub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































