BMT-nin Təhlükəsizlik Şurası təcili iclas keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası təcili iclas keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası Malidə baş vermiş hərbi çevrilişlə əlaqədar təcili iclas keçirəcək.

Mediainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumdakı mənbə xəbər verib.

“Fövqəladə iclas avqustun 19-da qapalı formatda keçiriləcək”, - mənbə bildirib.

Xatırladaq ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Üsyançılar artıq paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keyta və baş nazir Bubu Sisseni həbs edib.

Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Camaranın rəhbərlik etdiyi Milli Qvardiya əsgərlərinin nəzarəti altındadır. Paytaxt Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az