Fransada aksiyalarda 410.000 etirazçı iştirak edib
25 Oktyabr 10:32
ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin sədri Eliot Anqel və respublikaçı Maykl Makkol Konqresdə Rusiyanı qınayan bəyanatla çıxış ediblər.
Mediainfo.az xəbər verir ki, konqresmenlər Belarusda baş verən etiraz aksiyaları ilə əlaqədar Rusiyanın bu ölkəyə hərbi yardım göstərməyə hazır olmaq istəyini qətiyyətlə pisləyiblər.
“Biz Rusiya Prezidenti Vladimir Putinin Belarusdakı Lukaşenko rejiminə hərbi yardım göstərmək təklifini qətiyyətlə pisləyirik. Ağ Ev rəhbərliyini Moskvanın təcavüzünü rədd etməyə və Belarus xalqına dəstək olmaq, minlərlə həbs edilmiş dinc etirazçı və siyasi məhbusun sərbəst buraxılmasını tələb etmək naminə avropalı müttəfiqlərimizlə birlikdə işləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.
Mediainfo.az