Rusiya hazırlaşır: SSRİ-ni qurmaq planı var – Draqone
27 Aprel 12:12
Ukraynanın Nazirlər Kabineti Rusiya ilə ticarət nümayəndəliklərinin qarşılıqlı qurulmasına dair razılaşmanı ləğv edib.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər nazirinin müavini Emine Caparova məlumat verib.
“Bu gün Nazirlər Kabinetinin Fövqəladə iclasında, Ukrayna hökuməti ilə Rusiya Federasiyası arasında 1992-ci ilin oktyabrından bəri qüvvədə olan ticarət nümayəndəliklərinin qarşılıqlı qurulması haqqında razılaşmanın ləğv edilməsi qərara alınıb. Rusiyanın təcavüzkar siyasətini, o cümlədən əlaqələrin hazırkı vəziyyətini nəzərə alsaq, bu razılaşma, bir çoxları kimi, praktik əhəmiyyətini itirib və Ukraynanın milli maraqlarına cavab vermir", - nazir müavini qeyd edib.
Mediainfo.az