"Baydenin Türkiyə ilə bağlı ifadələri həddini aşır".
Mediainfo.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidentliyinə namizəd Co Baydenin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
XİN başçısı bildirib ki, Baydenin istifadə etdiyi kəlmələr çox maraqlıdır: "Bayden iki dəfə deyib ki, "çevrilişlə deyil, müxalifətə dəstək verərək Prezident Rəcəb Tayyib Ərdoğanı devirəcəyik". İki dəfə vurğulamasından bunu anlayıram - çevrilişi keçmişdə sınadılar, olmadı. Qısacası, indi taktikanı və metodu dəyişdirirlər".
"Türk milləti olaraq zor tətbiq etməyi kökündən rədd edirik. İndi artıq regionda və masada gücümüz var. Qısacası, Türk millətini tanımadan verilən cahil bir açıqlamadır" - baş diplomat söyləyib.
Türkiyədə seçkilərin demokratik və şəffaf keçirildiyini deyən Çavuşoğlu vurğulayıb: "Hökuməti və prezidenti kimin dəyişdirəcəyinə millətimiz qərar verir. ABŞ-dan və ya başqa bir ölkədən kimsə buna qərar verə bilməz".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















































