Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern ölkədə sentyabrın 19-na nəzərdə tutulmuş ümumparlament seçkilərinin oktyabrın 17-dək təxirə salındığını elan edib.
Mediainfo.az "Reuters”ə istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının ölkədə yayıla bilmə ehtimalıdır.
Daha əvvəl siyasi partiyalar seçkilərin azad və ədalətli olmasını təmin edəcək seçki kampaniyası keçirməyin mümkün olmayacağını iddia etdikləri üçün prosesi təxirə salmağa çağırıblar.
“Yekun tarix 17 oktyabrdır. Bu, partiyalara kampaniyanın keçirilməsi şərtlərini planlaşdırmaq üçün kifayət qədər vaxt verir", - Baş Nazir deyib.
O, seçkilərin növbəti dəfə gecikdirilməsini istisna edib.
“Hamımız eyni qayıqdayıq. Hamımız eyni mühitdə təşviqat aparırıq”, - deyə Yeni Zelandiyanın hökumət başçısı əlavə edib.
Agentlik qeyd edir ki, seçki nə qədər erkən keçirilsə, Ardern daha çox dəstək alacaq, çünki ölkədə COVID-19-a qarşı uğurlu mübarizə sayəsində populyarlığı artıb.
Qeyd edək ki, avqustun 11-də 102 gün ərzində ilk dəfə Yeni Zelandiyada koronavirusa dörd yoluxma faktı aşkarlanıb. Bu, virusun ölkədaxili yayılması kimi qiymətləndirilib və qabaqlayıcı tədbirlər tətbiq olunmağa başlayıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































