Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında Santo-Dominqo şəhərində (Dominikan Respublikası) görüş keçirilib.
Mediainfo.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Anadolu agentliyinə canlı bağlantı vasitəsilə görüşün məzmunu barədə açıqlama verib.
Son günlər Aralıq dənizində baş verən hadisələrlə bağlı bir sıra ölkələrinin xarici işlər nazirləri ilə mühüm müzakirələr apardığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-lı həmkarı ilə müzakirə zamanı Türkiyənin haqlı olduğunu və fəaliyyətinin hüquqi əsaslara söykəndiyini ifadə edib. Tərəflər ikitərəfli münasibətlərə dair bəzi məsələlər ətrafında fikir mübadiləsi aparıb, Liviya böhranını dəyərləndiriblər. Həmçinin Liviya məsələsində Türkiyə və ABŞ ekspertləri səviyyəsində müşavirələrin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.
Nazir eyni zamanda, açıqlamasında ABŞ prezidentliyinə namizəd Joe Bidenin Türkiyə barədə sözlərinə kəskin ifadələrlə qarşılıq verib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















