Çin Vaşinqtonun anoloji hərəkətlərinə cavab olaraq Siçuan əyalətinin Çendu şəhərindəki Baş Konsulluğun bağlanmasını tələb edir.
Mediainfo.az xəbər verir ki, ABŞ amerikalıların intellektual mülkiyyətini və şəxsi məlumatlarını qorumaq lazım olduğunu əsas gətirərək, Hyustondakı Çin Baş Konsulluğunu bağlayıb. Pekin bunu siyasi təxribat adlandırıb və qətiyyətli cavab addımlarının atılacağını bəyan edib.
Bu gün Çin Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə məlumat verib ki, Pekin Çendu Baş Konsulluğunun fəaliyyəti üçün lisenziyanı ləğv edir və qurumun bütün fəaliyyətini dayandırması üçün konkret tələblər irəli sürüb.
Çin XİN bəyan edib ki, onun tələbi beynəlxalq hüquqa, beynəlxalq münasibətlərin əsas normalarına və diplomatik praktikaya uyğun olaraq qanuni və lazımlı cavabdır, baş verənlərə görə məsuliyyət tamamilə Vaşinqtonun üzərinə düşür.
“Biz bir daha ABŞ-ı müvafiq yanlış qərarı ləğv etməyə və dövlətlərarası ikitərəfli münasibətlərin normallaşması üçün lazımi şərait yaratmağa çağırırıq", - deyə nazirlik əlavə edib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür







.jpg)





























.jpg)
.jpg)










.jpg)





