12 iyul Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat terror aktı kimi qiymətləndirilməlidir.
Mediainfo.az-ın məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu təxribat təsadüfi deyil və əvvəldən planlaşdırılmış bir təxribat idi. PA rəsmisi qeyd edib ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi Dağlıq Qarabağ münaqişəsindən diqqəti yayındırmaq, sərhəddə gərginlik yaratmaq və regionu təhlükədə qoymaq, 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın beynəlxalq uğurlarına xələl gətirmək, Şərq-Qərb nəqliyyat dəhlizinə xələl gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək və sərhəddə müəyyən üstünlüklər əldə etmək, Ermənistanda ölkədaxili problemlərdən diqqəti yayındırmaq, Aprel və Günnüt əməliyyatında Ermənistana vurulmuş zərbənin qisasını almaq idi:
“Lakin Ermənistan heç bir məqsədə nail ola bilmədi, Azərbaycan Ordusu Ermənistanın bu mənfur hücumunun qarşısını aldı və Ermənistan öz layiqli cavabını aldı. Bu təcavüz aktına görə məsuliyət Ermənistanın siyası rejiminin üzərinə düşür".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































