Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi İrəvanın anklav və eksklav məsələsini gündəmdən çıxara bilməyəcəyini söyləyib. Baş nazir Ermənistanın problemdən imtina etməyəcəyini və həll yolu axtardığını bildirib.
Nikol Paşinyanın seçkidən sonra ilk dəfə anklav və eksklav məsələsi ilə bağlı geniş açıqlama verərək, bu problemin Azərbaycanla delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Onun açıqlaması Ermənistan ictimaiyyətində Nüvədi kəndinin Azərbaycana geri qaytarılacağının anonsu kimi dəyərləndirilir.
Danışıqlarda Nüvədi məsələsi varmı? Delimitasiya və demarkasiya prosesində anklav-eksklav məsələsinin həlli hansı şəkildə mümkün ola bilər?
"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, anklav və eksklav məsələsi sərhədlərin müəyyənləşməsi prosesi ilə müəyyən olunmalıdır:
“Sərhəd komissiyalarının təmasları və görüşləri ilə bu məsələ müzakirə edilir, araşdırılır. Sərhədin bir hissəsi müəyyən edilmişdi, lakin hiss olunur ki, danışıqlar sürətlə getmir. Ermənistan ümumiyyətlə qərar verməlidir. Xüsusilə işğal edilən bəzi kəndlər geri qaytarılmalıdır. Onlar da müəyyən əraziləri istəyirlər.
Hazırda sülh prosesinin imzalanması ləngiyir. Paşinyanın dediyindən belə çıxır ki, Ermənistanda konstitusiya referendumu bu il keçirilməyəcək. Biz anklav və eksklavların geri qaytarılmasını istəyirik, lakin bu, vaxt aparacaq bir məsələdir”.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































