Rusiyanın Kiyevə kütləvi hücumu fonunda işğal altındakı Melitopol və Luqanskda bir sıra partlayışlar baş verdi.
OSINT kanallarına görə, Ukrayna qüvvələri 24 may gecəsi işğal olunmuş ərazilərə zərbələr endirib.
Rusiyanın Kiyevə kütləvi hücumu fonunda Melitopolda bir sıra partlayışlar baş verib. OSINT kanallarına görə, zərbələr şəhərin logistika infrastrukturuna dəyib. Melitopol Ukraynanın cənubundakı Rusiya qoşunları üçün əsas təchizat mərkəzidir.
Luqanskda da partlayış səsləri eşidilib və Rusiya hərbi texnikası üçün əsas yanacaq tədarükü müəssisəsi olan neft anbarında böyük yanğın baş verib.
İşğal olunmuş ərazilərdəki zərbələrin nəticələrinin videoları da internetdə yayılıb.
Daha əvvəl Rusiya diktatoru Vladimir Putin Starobilskdə guya "kollec yataqxanasına zərbə" endirildiyini elan edib. Rusların sözlərinə görə, zərbə nəticəsində 10 nəfər ölüb, 48 nəfər yaralanıb və 11 nəfər itkin düşüb.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Starobilsk yaxınlığında Rusiya Rubikon bölməsinin qərargahlarından birinin dağıdılması barədə məlumat verib. Onun üzvləri Ukraynada müntəzəm olaraq mülki şəxslərə və mülki obyektlərə zərbələr endirirdilər.
Əziz MUSTAFA
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü



.jpg)
















.png)

































