Ermənistan Milli Parlamentinin sədri Alen Simonyan Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Azerbaycanpolisi.az “Globalinfo.az”a istinadən xəbər verir ki, Simonyan “DW”yə müsahibəsində Qarabağ məsələsinin Ermənistan üçün “tələ” olduğunu bildirib.
“Bu, bir tələdir, biz bunu dəfələrlə bəyan etmişik. Bu, müstəqil Ermənistan üçün qurulmuş tələdir. Məqsəd Ermənistanın heç vaxt tam müstəqil olmaması idi. Eyni zamanda Azərbaycan da tam müstəqil olmayacaq, daim nəzarət və təsir altında qalacaqdı”, – deyə o vurğulayıb.
Simonyan əlavə edib ki, Qarabağ artıq bağlanmış mövzudur və Ermənistan bu məsələyə yenidən qayıtmamalıdır:
“İnanıram ki, biz bunu artıq bəyan etmişik, Qarabağ bağlıdır və bu məsələyə bir daha qayıtmamalıyıq. Bu, yeganə düzgün yoldur”, – deyə parlament sədri bildirib.
O, həmçinin “tarixi Ermənistan” ideyasının axtarışının az qala “real Ermənistan”ın itirilməsinə gətirib çıxardığını qeyd edib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























