Tehran Vaşinqtonun çərçivə təklifini qəbul edərsə, tərəflər ətraflı saziş üzrə 30 günlük danışıqlara başlayacaq. Amerika tərəfinin tələbləri arasında İranın əsas nüvə obyektlərinin sökülməsi və İslam respublikasında uranın zənginləşdirilməsinə 20 illik moratorium daxildir. Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
"ABŞ İranda uranın zənginləşdirilməsinə 20 illik moratorium tələb edir və bütün zənginləşdirilmiş nüvə materiallarının təhvil verilməsini istəyir", - nəşr yüksək rütbəli rəsmilərə istinadən bildirir.
Bundan əlavə, nəşrə görə, ABŞ-ın tələbləri arasında "İranın nüvə silahı əldə etməyə çalışmadığını təsdiqləməsi, iyun ayında amerikalıların zərbə endirdiyi Fordo, Natanz və İsfahan obyektlərinin sökülməsi" də var.
ABŞ həmçinin yeraltı nüvə işlərinə qadağa qoyulmasını və pozuntulara görə sanksiyalarla tələb olunan yerdə yoxlamaların keçirilməsini təmin etmək istəyir.
Daha əvvəl "Bloomberg" xəbər vermişdi ki, Vaşinqtonun Tehrana təqdim etdiyi anlaşma memorandumu Hörmüz boğazının mərhələli açılması və İran limanlarının Amerika blokadasının qaldırılması ilə bağlıdır, İran nüvə proqramı üzrə danışıqların isə daha sonra aparılması nəzərdə tutulur. Agentliyin mənbəsinə görə, "hələlik heç bir razılıq əldə olunmayıb". İranın ABŞ-ın təklifinə cavabını iki gün ərzində Pakistan vasitəçiləri vasitəsilə təqdim edəcəyi gözlənilir.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, Vaşinqtonun son sutkada Tehranla uğurlu danışıqları olub və yaxın vaxtlarda razılığa gəlmək mümkün olacaq.
Çərşənbə günü "PBS" telekanalına verdiyi müsahibədə Tramp qeyd edib ki, Vaşinqton Tehranla 14-15 may tarixlərinə planlaşdırılmış Çin səfərindən əvvəl razılığa gələ bilər.
Həmçinin çərşənbə günü "Axios" portalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verib ki, ABŞ-lı danışıqçılar İranla silahlı münaqişənin dayandırılması şərtlərini müəyyən edən qısa anlaşma memorandumu üzrə razılığa yaxın olduqlarını düşünürlər.
"Axios" vurğulayır ki, memorandumun bir çox müddəaları yalnız daha sonra ABŞ-ın İranla hərtərəfli sazişinin bağlanması şərti ilə icra olunacaq.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































