Parlament seçkilərinin nəticələri Macarıstanın Avropa və ya Rusiyayönümlü olmasına aydınlıq gətirəcək

Parlament seçkilərinin nəticələri Macarıstanın Avropa və ya Rusiyayönümlü olmasına aydınlıq gətirəcək

Bu gün Macarıstanda parlament seçkilri keçirilir. Seçkilərdə əsas mübarizə muxalifət lideri Peter madyar və hazırki baş nazir Viktor Orban arasında gedcək. Bu seçkilərin nəticələri Macarıstanın Rusiya və ya Avropa yolunu tutmasına aydınlıq gıtirəcək. Məhz bu baxımdan seçkilər həm Rusiya , həm də Avropanın əsas diqqət mərkəzindədir. Seçkilrədə Moskva açıq şəkildə Rusiyayönümlü hazır ki. baş nazır Viktor Orbanə dəstəkləyir. Ona görə öncədən Rusiyanın müxtəlif yollarla seçkilərin nəticələrinə təsir göstərəcəyi ehtimal edilir. Bəs bütün bunlara baxmayaraq seçkilrədə Madyar qalib gələrsə, onda Macarıstanın Rusiya ilə münasibətlərində hər hansı dəyşiklik baş verəcəkmi? Hələlik bu suala cavab vermək heç də asan deyil. Madyar istənilən halda nə qədər Avropayönümlü olsa da onun istənilən məsələyə münasibətdə Macarıstanın həm siyası, həm iqtisadi, həm də hərbi strateji maraqlarını üstün tutacağı istisna edilmir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən rusiyalı politoloq Pyotr Miloserdov Lenta.ru-ya verdiyi müsahibədə bildirib ki,
Viktor Orbanın rəqibi olan Tisa Partiyasının lideri Peter Madyar seçkilərdə qalib gələrsə, Rusiya ilə əlaqələrini davam etdirə bilər.

Ekspert ehtimal edir ki, Madyar Macarıstanın baş naziri təyin olunarsa, ölkənin maraqlarını rəhbər tutacaq siyasətçidir.

O ümid edir ki, "Peter Madyar əksər macarlar kimi praqmatistdir. O, mövcud müqavilələri ləğv etməyəcək - nə enerji sektorunda, nə də nüvə elektrik stansiyasının tikintisində".

Düzdür Madyar seçki kampaniyası zamanı Rusiya ilə tərəfdaşlığın kəsilməsinə çağırış edib. Ancaq Moskvada əmindirlər ki, Tisa rəhbəri Moskva ilə əməkdaşlığın kəsilməsi təşəbbüsünü irəli sürməyəcək, çünki bu, Macarıstan iqtisadiyyatına mənfi təsir göstərəcək.

Bununla belə Madyar seçkilərdə qalib gələcəyi halda Avropa Birliyi ilə Macarıstan arasında əmlə gələn narazılığın aradan qaldırılması yönündə addımlar atacağı da şübhə doğurmur. Ehtimal edilir ki, Rusiya ilə münasibətləri qoruub saxlamağa çalıçan Madyar eyni zamanda Moskva əleyhinə sanksiyaların tətbiqi və Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərarların qarşısını almağı dayandıracaq.

Belə ki, Madyarın geniş siyasi təcrübəsi var - o, AB dövründə Macarıstan hökumətində xidmət edib, Avropa Parlamentinin üzvüdür və AB strukturları ilə sıx bağlıdır ki, bu da onun "Brüsselli oğlan" ləqəbini izah edir. İstənilən halda seçkilərdə ABŞ-ın da Rusiya kimi Orbanı dəstəklədiyini nəzərə alanda Madyarın seçkilərdə qələbə çalması heç də asan olamayacaq və tərəflər arasında hər seçici səsi uğrunda gərgin mübarizə gedəcək. Təbi ki Madyarla müqayisədə xaricdən dəstək alan Orbanın seçkilərdə qələbə çalmasıimkanları heç də az deyil. Orbanın seçkilrdə qalib gəlməsi eyni zamanda xaricdən nəticələrə edilə müdaxilədən asılı olacaq.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.12

2026.04.11

2026.04.10

2026.04.09

2026.04.08

2026.04.07

2026.04.06

2026.04.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az