İran-ABŞ danışıqları razılaşma olmadan başa çatıb.
Görüş təxminən 14 saat davam etsə də lakin yekun sənəd imzalanmayıb. Danışıqların bazar günü davam etdirilməsi gözlənilir.
Reuters-in məlumatına görə, ABŞ və İran arasında danışıqların ilk mərhələsi Pakistanda başa çatıb. İran hökuməti bunu 12 aprel bazar günü səhər elan edib.
X sosial media platformasındakı paylaşımda İran hökuməti qeyd edib ki, 14 saatlıq danışıqlardan sonra tərəflər görüşü başa vurublar və texniki mütəxəssislər sənədlər mübadiləsi aparacaqlar.
Bəyanatda "Bəzi fikir ayrılıqlarına baxmayaraq, danışıqlar davam edəcək", - deyilir, lakin nə vaxt davam edəcəyi dəqiqləşdirilməyib. İran dövlət televiziyasının jurnalisti isə danışıqların bazar günü davam edəcəyini bildirib.
Vasitəçi qismində çıxış edən Pakistan mənbəsinin verdiyi məlumata görə, ABŞ-ın vitse-prezidenti J.D. Vens, xüsusi nümayəndə Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə təxminən iki saat görüşərək fasilə veriblər.
ABŞ administrasiyası hələlik danışıqların nəticəsi ilə bağlı şərh verməyib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton artıq bu müharibədən qalib çıxdığı üçün İranla danışıqların nəticəsindən narahat deyil.
Əziz MUSTAFA
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































