Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gərgin danışıqlardan sonra Moskva Ermənistan hökumət rəsmilərinə və əlaqəli qurumlara məhdudiyyətlər tətbiq edə bilər. Azerbaycanpolisi.az “Minval.az”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, 1 apreldə baş tutan görüş son dərəcə gərgin keçib və tərəflər qapalı qapılar arxasında daha da qızğın müzakirələr aparıblar. Qəzetin mənbələri iddia edir ki, Kreml Ermənistanın baş naziri ilə kompromisə gəlməyin mümkün olmadığı qənaətinə gəlib və praktik addımlar üzərində düşünməyə başlayıb.
Rusiya tərəfinin hazırkı Ermənistan hökuməti ilə əlaqəli biznes, şirkət və mədəni təşkilatların nümayəndələrinə giriş məhdudiyyətləri tətbiq edə biləcəyi bildirilir.
Qəzet yazır ki, hətta qəzetin Rusiya tərəfi ilə isti münasibətləri olan siyasətçi kimi təsvir etdiyi Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və onun ətrafı da guya "persona non qrata" elan edilib.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























