İtaliya hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirərək ölkənin ən çox axtarılan cinayətkarlarından biri olan 48 yaşlı Roberto Mazzarellanı saxlayıblar. Bu barədə RBC-Ukraine məlumat verib.
İtaliyanın "ən çox axtarılanlar" siyahısında olan Mazzarella uzun müddətdir qaçaqda idi. O, lüks bir villaya edilən cəsarətli basqın zamanı saxlanılıb. Müstəntiqlər mafiozun əmlakı icarəyə götürmək və təhlükəsizlik xidmətlərinə "görünməz" qalmaq üçün saxta sənədlərdən istifadə etdiyini aşkar ediblər.
Müstəntiqlər saxlanılanı 26 il əvvəl baş verən yüksək səviyyəli cinayətlə əlaqələndirirlər.

Roberto Mazzarella 2000-ci ildə Neapolun mərkəzində baş verən ölümcül atışmada iştirakına görə axtarışda idi. Məşhur bir bir mağazaya edilən hücum bir neçə insanın ölümünə səbəb oldu və hadisə Kamorra klan rəqabətinin ən qanlı epizodlarından birinə çevrildi.
İtaliyanın Baş naziri Giorgi Meloni hüquq-mühafizə orqanlarını əməliyyatın uğurla başa çatması münasibətilə şəxsən təbrik etdi. O, bu həbsin cəzanın qaçılmazlığını simvolizə etdiyini vurğuladı.
Bu, Kamorraya ciddi bir zərbədir. Bu, dövlətin geri çəkilməyəcəyinə və mütəşəkkil cinayətkarlığa qarşı güzəştsiz mübarizəsini davam etdirəcəyinə dair açıq bir siqnaldır", - deyə İtaliya hökumətinin başçısı bildirib.
Əziz MUSTAFA
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































