Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın İrana kəşfiyyat məlumatları təqdim etməyə davam etdiyini və bununla bağlı “təkzibolunmaz” sübutların mövcud olduğunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, onun sözlərinə görə, Rusiya həm öz siqnal və elektron kəşfiyyat imkanlarından istifadə edir, həm də Yaxın Şərqdə tərəfdaşlarla əməkdaşlıq çərçivəsində əldə olunan məlumatları İrana ötürür.
Zelenski bu barədə hərbi kəşfiyyat rəhbəri ilə görüşdən sonra məlumat verib.
Prezident bildirib ki, Rusiyanın bu istiqamətdə fəaliyyəti ilə bağlı sübutlar getdikcə artır və bu addımlar regionda sabitliyi pozur. O vurğulayıb ki, belə fəaliyyətlər yalnız gərginliyin artmasına və münaqişənin daha da uzanmasına səbəb olur.
Zelenski əlavə edib ki, baş verən proseslər artıq qlobal bazarlara mənfi təsir göstərir və bir çox ölkədə yanacaq təminatını çətinləşdirir.
Onun fikrincə, Rusiya İranı dəstəkləməklə zərbələrin daha dəqiq həyata keçirilməsinə şərait yaradır və bununla da müharibənin davam etməsinə təsir edir.
Kreml isə Rusiyanın İrana peyk görüntüləri və dron texnologiyası ötürməsi ilə bağlı yayılan iddiaları rədd edərək, bu məlumatları “saxta xəbər” adlandırıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























