ABŞ prezidenti Donald Tramp İrana qarşı qələbədən sonra ABŞ Demokrat Partiyasını ölkənin ən böyük düşməni adlandırıb. Oxuməni.az xəbər verir ki, o, bu bəyanatı “Truth Social” sosial şəbəkəsində verib.
"İranın süqutu ilə Amerikanın ən böyük düşməni Radikal Sol, son dərəcə səriştəsiz Demokrat Partiyasıdır! Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm", - Tramp yazıb.
Daha əvvəl ABŞ Nümayəndələr Palatasında demokratik azlığın lideri Hakim Ceffris Donald Trampı və "respublikaçı ekstremistləri" Yaxın Şərqdə "öz istəkləri ilə düşüncəsiz müharibə" başlatmaqda ittiham etmişdi.
"Bizə Amerikada rejim dəyişikliyi lazımdır", - Ceffris yazıb və əlavə edib ki, Trampın hərəkətləri səbəbindən Birləşmiş Ştatlar daha az təhlükəsiz olub.
ABŞ Demokrat Partiyası Konqresin yuxarı palatasının işini iflic etməyə hazırlaşır. Demokratlar prezidentin hərbi səlahiyyətləri haqqında qətnamələr üzrə məcburi və təkrarlanan səsvermə taktikalarını tətbiq etmək istəyirlər. Kaliforniyadan olan demokrat senator Adam Şiff bu qərarı İrana qarşı hərbi əməliyyatın başlanmasına görə məsuliyyəti qəbul etməklə izah edib: "Tarixdə özünü ən şəffaf adlandırmağı sevən bir administrasiya üçün onlar bu müharibəyə görə hər hansı məsuliyyətdən qaçırlar".
“Time” yazırdı ki, demokratlar respublikaçıların federal seçkilərdə səsvermə qaydalarını sərtləşdirən “SAVE America Act”ı qanun layihəsini qəbul etmək planlarını pozmaq istəyirlər.
SAVE qanunu Respublika Partiyası üzvlərinin və prezident Donald Trampın təşəbbüsüdür. Qanun layihəsinə əsasən, ABŞ vətəndaşlarından seçkilərdə səs vermək üçün etibarlı fotoşəkillə şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunacaq.
Respublikaçılar qanun layihəsini 2026-cı ilin noyabrında keçiriləcək növbəti aralıq seçkilərinə qədər qəbul etmək istəyirlər.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































