ABŞ prezidenti Donald Tramp, İran İslam Respublikasına qarşı hərbi əməliyyatların gərginləşəcəyi təqdirdə, bir saat ərzində İranın elektrik enerjisi sistemini məhv etməklə hədələyib. Oxuməni.az-ın TASS-a istinadla xəbər verdiyi kimi, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbət zamanı, Ohayo və Kentukki ştatlarına səfərdən qayıdarkən bildirib.
"Biz Tehranın və digər nöqtələrin ərazilərinə zərbələr endirə bilərik. Və əgər belə olarsa, ölkəni bərpa etmək onlar üçün demək olar ki, mümkün olmayacaq. Lakin biz bunu istəmirik", - deyə Amerika administrasiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, ABŞ eyni zamanda İranın elektrik sisteminə zərbələr endirə bilər. "Biz onların elektrik sistemini bir saat ərzində dağıda bilərik. Və onların bərpası 25 il çəkəcək", - deyə Ağ Evin rəhbəri əlavə edib.
Fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın ən böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumu Tehranın yaydığı raket və nüvə təhdidləri ilə əsaslandırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ali rəhbər Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyinin bəzi digər əsas fiqurları öldürülüb.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























