Prezident Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edib. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının fərmanı hüquqi aktların dərc olunduğu portalda yayımlanıb.
Növbəti fərmanla Verşinin Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sergey Verşinin 24 iyul 1954-cü ildə anadan olub. O, uzun illər Xarici İşlər Nazirliyi sistemində çalışıb və 2007-ci ildə aldığı fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir. 1999-2003-cü illərdə Rusiyanı Əlcəzairdə təmsil edib. Daha sonra diplomat Yaxın Şərq və Şimali Afrika Departamentinə rəhbərlik edib, burada əsas regional istiqamətlərə nəzarət edib. 2018-ci ildə o, xarici işlər nazirinin müavini təyin edilib və bu vəzifədə bütün Yaxın Şərq gündəliyinə, Suriya nizamlanmasına və BMT platformasında işə cavabdeh olub.
Verşinin Suriya ilə bağlı danışıqlarda fəal iştirak edib. O, Rusiyanı Astana, Cenevrə və Vyanada keçirilən görüşlərdə təmsil edib, burada tərəflər atəşkəs rejimi, saxlanılan şəxslərin mübadiləsi və humanitar çıxışı müzakirə ediblər. BMT Təhlükəsizlik Şurasının iclaslarında diplomat ardıcıl olaraq Moskvanın mövqeyini müdafiə edib, Suriyaya qarşı birtərəfli sanksiyaları tənqid edib.
Ukrayna istiqamətində Verşinin beynəlxalq strukturlarda Rusiyanın Ukrayna ilə bağlı mövqeyini təmsil edib və Donbassdakı vəziyyətlə bağlı bəyanatlarla çıxış edib. O, həmçinin beynəlxalq informasiya təhlükəsizliyi təşəbbüslərinin hazırlanmasında iştirak edib və BMT-nin himayəsi altında kiber təhdidlərin çoxtərəfli tənzimlənməsi ideyasını irəli sürüb.
Dövlət diplomatı xidmətlərinə görə "Vətənə xidmətə görə" dördüncü dərəcəli, Aleksandr Nevski, Şərəf və Dostluq ordenləri ilə təltif edib. Verşinin ərəb, fransız və ingilis dillərini bilir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























