Vladimir Zelenski bildirib ki, Ukrayna, Rusiya və ABŞ ərazi məsələsində razılığa gələ bilməyiblər. Bu, ilk növbədə Donetsk vilayəti və Zaporojye AES-in taleyi ilə bağlıdır.
Donetsk vilayətindən qoşunların çıxarılmasını Kiyevdən tələb etmək heç də güzəşt deyil. Bu, Ukraynanın ərazi bütövlüyünün dəyişdirilməsidir. Oxuməni.az-ın “Kanal 24”ə istinadla verdiyi məlumata görə, bunu Vladimir Zelenski jurnalistlərlə söhbət zamanı bildirib.
Prezident vurğulayıb ki, o, dəfələrlə müharibəyə real son qoyacaq, Ukraynanın ərazi bütövlüyünü dəyişdirməyəcək güzəştlərə hazır olduğunu bildirib.
Siyasətçinin sözlərinə görə, Amerika tərəfi bunu başa düşür və buna görə də sərbəst iqtisadi zona ilə bağlı güzəştli həll təklif edir.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, istənilən ərazinin, hətta sərbəst iqtisadi zonanın da nəzarəti məsələsi ədalətli olmalıdır. Yəni, Ukrayna nəzarətində olan ərazilər üzərində nəzarəti saxlamalıdır.
Zelenski öz mövqeyini belə izah edib: "Mənim fikrimcə, ən az problemli həll "olduğumuz yerdə qalırıq" deməkdir".
O əlavə edib ki, Zaporojye atom elektrik stansiyası məsələsi də ərazi məsələləri siyahısına daxildir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























