Moldova MDB ilə əsas sazişlərin ləğvi proseduruna başlayıb ki, bu da onun təşkilatdan çıxmasına imkan verəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Respublikanın Baş nazir müavini - Xarici İşlər naziri Mihay Popşoy «Radio Moldova» efirində bildirib.
O izah edib ki, söhbət üç sənəddən gedir: 22 yanvar 1993-cü ildə Minskdə imzalanmış MDB Nizamnaməsi, 8 dekabr 1991-ci ildə orada bağlanmış MDB-nin yaradılması haqqında Saziş və həmin ilin 22 dekabr tarixli əlavəsindən.
“Respublika Moldova artıq MDB-nin rəsmi üzvü olmayacaq. Və bu proses artıq başlayıb. Biz bu qərarı yaxınlarda qəbul etdik, təsdiq prosesi başladı və parlamentin yeni sessiyasının əvvəlində bu sazişlərin ləğvi ilə bağlı sənədlər qanunvericilərə təqdim olunacaq”.
O əlavə edib ki, ehtimal ki, hökumətdə bu proseslər “fevralın ortalarına” qədər yekunlaşacaq, bundan sonra qərar parlamentdə qəbul ediləcək.
Popşoy qeyd edib ki, Moldova MDB çərçivəsində ümumilikdə təxminən 283 saziş imzalayıb, onlardan 71-i artıq ləğv olunub, təxminən 60-ı isə ləğv prosesindədir.
Onun sözlərinə görə, bu sazişlərin əksəriyyəti köhnəlib, artıq tətbiq olunmur və əvvəllər MDB-nin digər üzvləri tərəfindən praktik nəticələr olmadan rədd edilib.
Buna baxmayaraq, Popşoy vurğulayıb ki, Moldova iqtisadi fayda gətirən və ölkənin Avrointeqrasiya siyasətinə zidd olmayan sazişlərdən imtina etməyəcək.
Almaz Həsənli
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib













.jpg)


















.jpg)
















