ABŞ Dövlət katibi Marko Rubio, Vaşinqtonun İsrail vətəndaşlarının təqibini yolverilməz hesab etdiyini bildirərək, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki hakiminə qarşı sanksiyalar tətbiq olunduğunu elan edib.
Məhdudiyyətlər BCM-nin Gürcüstandan olan hakimi Qoça Lortkipanidze və Monqolustan təmsilçisi Erdenetsogt Damdinə şamil edilib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, hər iki hakim "İsrailin razılığı olmadan İsrail vətəndaşlarının təhqiqatı, həbsi, saxlanılması və ya məhkəmə icraatı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətində birbaşa iştirak ediblər".
Xüsusilə, 15 dekabrda baş tutan səsvermə nəzərdə tutulur ki, BCM-nin hakimlərinin əksəriyyəti İsrailin apelyasiyasını rədd edib. Vaşinqtonun versiyasına görə, məhz bu qərar sanksiyalar üçün əsaslardan biri olub.
Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsini fəaliyyətini siyasiləşdirməkdə ittiham edib. Onun sözlərinə görə, BCM-nin hərəkətləri "İsrailə qarşı yönəlib və bütün dövlətlər üçün təhlükəli presedent yaradır".
Rubio bildirib: "Biz Birləşmiş Ştatların və İsrailin suverenliyini pozan və ABŞ və İsrail vətəndaşlarını qanunsuz olaraq BCM-nin yurisdiksiyasına tabe edən Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərindən sui-istifadəsinə dözməyəcəyik".
Daha əvvəl, fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edilməsi barədə fərman imzalayıb. Ağ Ev o zaman bildirmişdi ki, əsas səbəb BCM-nin İsrailin yüksək vəzifəli rəsmiləri, o cümlədən İsrailin baş naziri Binyamin Netanyahu barəsində həbs orderləri çıxarmaq qərarı olub.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































