ABŞ prezidenti Donald Tramp, öz fikrincə, 6 yanvar 2021-ci ildəki çıxışından fraqmentlərin "Panorama" proqramının sənədli filmində montaj edilməsi səbəbindən BBC -yə qarşı böhtan atmaqda iddia qaldırıb. Tramp Britaniya Yayım Korporasiyasından beş milyard dollar tələb edir. Oxuməni.az-ın xəbərinə görə, bu barədə CNBC məlumat yayıb.
Dekabrın 15-də ABŞ-ın Florida ştatındakı məhkəməyə təqdim olunan iddiada Trampın vəkilləri BBC-ni kommersiya hüququ qanunlarını pozmaqda və 6 yanvar 2021-ci ildə, onun tərəfdarlarının Kapitoliya hücum etdiyi gün çıxışlarının "qəsdən, qəddar və çaşdırıcı" şəkildə redaktə edilməsində ittiham edirlər.
BBC rəhbərliyi hələlik iddia qaldırılması faktına rəsmi münasibət bildirməyib.
Noyabr ayında BBC Trampdan çıxışlarının montajına görə üzr istəyib, lakin böhtan iddiaları üçün əsas görmədiyini bildirərək təzminat tələbini rədd edib.
Tramp BBC-yə qarşı iddia qaldırmaq niyyətini də, noyabrın əvvəlində elə həmin vaxt bəyan etmişdi.
"Məncə, bunu etməliyəm. Onlar fırıldaqçıq ediblər. Mənim dediklərimi dəyişdiriblər", - deyə Tramp jurnalistlərə bildirib. Daha sonra o, korporasiyaya məhkəmə iddiası ilə bağlı məktub göndərib.
Trampın sözlərinin montajı ətrafındakı qalmaqal, Britaniyanın "Telegraph" qəzetinin BBC -nin redaksiya standartları komitəsinin keçmiş müstəqil müşaviri Maykl Preskottun xidməti qeydini dərc etməsindən sonra baş qaldırıb.
Qeyddə Preskott BBC rəhbərliyinin diqqətini korporasiyanın aparıcı proqramlarından biri olan "Panorama"da Donald Trampın çıxışının mənasının təhrif olunacaq şəkildə montaj edildiyinə yönəldib.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































