Ağ Ev ABŞ prezidentinin administrasiyasının TikTok-da rəsmi hesabının yaradıldığını elan edib.
Hesabda artıq üç musiqili videoçarx dərc olunub. Bu videolar rəsmi şəxslərin işinə və qanunsuz miqrantların ölkədən deportasiya prosesinə həsr olunub.
Sosial şəbəkə X-dəki profilində administrasiya istifadəçiləri TikTok-dakı yeni kanala abunə olmağa çağırıb və orada "bütün zamanların ən böyük kabinetinin" işinin "tarixi anlarını" göstərməyə söz verib.
Bu addım ABŞ-da TikTok-un gələcəyi ətrafında gedən vəziyyətin inkişafının davamıdır. Hələ 2024-cü ildə o vaxtkı prezident Co Bayden çinli "ByteDance" şirkətini sosial şəbəkəni satmağa və ya ABŞ ərazisində fəaliyyətini dayandırmağa məcbur edən qanun imzalayıb. Yanvar 2025-ci ildə vəzifəyə başlayan və əvvəllər platforma haqqında müsbət danışan Тramp, onun bloklanmasını dəfələrlə təxirə salıb, sonuncu dəfə isə 16 dekabr 2025-ci ilədək.
Sentyabrın sonunda Трамп, ABŞ-dakı TikTok-un nəzarətinin yerli biznesə keçməsini təsdiqləyən fərman imzalayıb. Sənədə əsasən, təxminən 14 milyard dollarlıq yeni şirkət ABŞ vətəndaşları tərəfindən idarə olunacaq, "ByteDance" isə onda 20%-dən az paya sahib olacaq. İdarəetmə yeni direktorlar şurasına həvalə olunacaq ki, bu da ABŞ istifadəçilərinin məlumatlarının qorunmasını təmin etməlidir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























