Naqasaki meri: Nüvə sınaqları bərpa olunarsa, Tramp Nobel Sülh Mükafatına layiq deyil

Naqasaki meri: Nüvə sınaqları bərpa olunarsa, Tramp Nobel Sülh Mükafatına layiq deyil

ABŞ prezidenti Donald Tramp nüvə sınaqlarını bərpa edərsə, Nobel Sülh Mükafatına layiq deyil. Oxuməni.az xəbər verir ki, bu barədə 1945-ci ilin avqustunda atom bombasına məruz qalan Naqasaki şəhərinin meri Şiro Suzuki bildirib.

"Tramp Nobel Sülh Mükafatına layiq görülmək istəyir. Düşünürəm ki, bu qərar onun nə etdiyini təhlil etdikdən sonra verilməlidir. Lakin, atom bombasına məruz qalan bir şəhərin sakini kimi, inanıram ki, nüvə silahlarının sınaqları dərhal başlasa, [o] Nobel Sülh Mükafatına layiq olmaz", - deyə o, mətbuat konfransında bildirib.

Daha əvvəl, Amerikanın Xirosima və Naqasakiyə atom bombardmanlarından sağ çıxanları birləşdirən Yaponiyanın “Nihon Hidankyo” assosiasiyasının liderlərindən biri olan Satoşi Tanaka ABŞ prezidenti Donald Trampın nüvə silahlarının sınaqlarının bərpa olunması ilə bağlı açıqlamalarından sonra "danışa bilmədiyini" etiraf etmişdi.

Daha əvvəl Tramp Pentaqona nüvə silahlarının sınaqlarını dərhal bərpa etməyi tapşırdığını bildirmişdi. ABŞ Baş naziri hansı sınaqdan danışdığını və ya bunun nüvə başlıqlarının partladılmasını əhatə edib-etmədiyini dəqiqləşdirməyib.

Yaponiya bəşər tarixində nüvə silahlarının döyüş istifadəsinə məruz qalan yeganə ölkədir. Xirosima və Naqasakinin atom bombardmanları ABŞ Silahlı Qüvvələri tərəfindən İkinci Dünya Müharibəsinin lap sonunda həyata keçirilib və məqsədi Yaponiya İmperiyasının təslim olmasını sürətləndirmək olub.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az