"Salamlaşma, yəni kontakt baş verdi. Hər iki lider danışıqlar üçün müəyyən yer saxlayır. Ona görə də, bu salamlaşma, yəni kontakt normal bir hadisədir. Lakin bu problemlərin köklü şəkildə həlli demək deyil”.
Bu sözləri “Yeni Sabah”a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov deyib.
O bildirib ki, çıxış yolları axtarılarkən, bu böhranın səbəbləri aradan qaldırılmalıdır:
“Açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, nümayəndə heyətləri danışıqlar aparıb. Lakin bu danışıqlar nəticə verməyib və xüsusi görüş baş tutmayıb.
İkinci məqam odur ki, salamlaşma, yəni kontakt baş verdi. Hər iki lider danışıqlar üçün müəyyən yer saxlayır. Ona görə də, bu salamlaşma, kontakt normal bir hadisədir. Lakin bu problemlərin köklü şəkildə həlli demək deyil. Çıxış yolları axtarılarkən, bu böhranın səbəbləri aradan qaldırılmalıdır. Təyyarə məsələsi ilə bağlı Rusiyanın mövqeyi açıqlanmalıdır”.
Politoloq qeyd edib ki, Rusiyadan fərqli olaraq, Azərbaycan lideri öz fikrini açıq şəkildə bildirib:
“Rusiyadan fərqli olaraq, Azərbaycan lideri öz fikrini açıq şəkildə bildirib. Moskva isə rəsmi səviyyədə bunu etməyib. Belə olan halda, Rusiyada daha geniş manevr imkanları var. Bu kontaktdan və nümayəndə heyətlərinin danışığından sonra atılacaq növbəti addımlara nəzərə yetirməliyik.
Ən azı, dünən dövlət duması səviyyəsində bir neçə deputat münasibətlərin bərpa oluna biləcəyindən ümidvar olduqlarını bildiriblər. Düşünürəm ki, bu da xüsusi hazırlanmış bir mesajlar idi. Yaxın gələcək göstərəcək ki, addımlar hansı istiqamətdə atılır”.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































