Kremlin təxribat planı: azərbaycanlılara qarşı “gürcü ssenarisi”ni işə salacaq

Kremlin təxribat planı: azərbaycanlılara qarşı “gürcü ssenarisi”ni işə salacaq


“Kreml müxtəlif şəhərlərdə diaspora nümayəndələrimizə müxtəlif problemlər yaradacaq, kənd təsərrüfatı məhsullarımızı sərhəddən geri qaytaracaq”.
Oxuməni.az “Globalinfo.az”a iatinadla xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin dövlət kanallarındakı şovinist aparıcılar, proqramlara çıxardıqları siyasi şərhçilər və “Z-blogerlər” Azərbaycana qarşı təxribatları genişləndirməyi təklif edirlər:
“Rusiya hərbçiləri “sülhməramlı” adı altında hələ Qarabağda olsaydılar, narahatlıq üçün əsas ola bilərdi. Bu məsələni həll etmişik, 200 ildən sonra ilk dəfə torpaqlarımızda rus hərbçisi yoxdur. Ancaq şimaldan istiqamətlənən müxtəlif təxribatçı ssenarilərə də hazır olmalıyıq. Birincisi, kənd təsərrüfatı məhsullarımız üçün alternativ bazarların axtarışını sürətləndirməliyik. İkincisi, geri qayıdan azərbaycanlılara Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətlərini davam etdirmək üçün münbit şərait yaradılmalı, kreditlər ayrılmalıdır. Çünki Rusiya Gürcüstan müharibəsində gürcüləri kütləvi şəkildə deportasiya etdiyi kimi eyni “üsuldan” azərbaycanlılara qarşı da istifadə etməsi mümkündür. Rusiyadakı azərbaycanlı iş adamlarının leqal kapitallarını “vergi yoxlamaları” bəhanəsi ilə əllərindən ala bilər”.
Ekspert bildirib ki, Rusiya İranla Xəzərdə birgə hərbi təlimlər keçirməyə hazırlaşır:
“Bu təlimlər sırasında iki ölkənin hərbi gəmiləri dəniz sərhədlərimizi poza bilər. Moskvanın Dağıstanla sərhədə əlavə qüvvələr cəmləşdirməsi ehtimal olunur. Buna qarşı Azərbaycan Türkiyə ilə yanaşı, Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi təlimlərin sayını artırmağa çalışmalıdır. Məntiqlə Kreml Ukrayna ilə müharibə apardığı, Qərbin sərt sanksiyaları ilə üzləşdiyi dövrdə ötən ilin dekabrına qədər normal münasibətləri olduğu rəsmi Bakı ilə gərginliyin ortadan qaldıırlmasına çalışmalıdır. Ancaq Rusiyanı idarə edənlər nə vaxt məntiqlə qərar veriblər ki?”.
Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.07.22

2025.07.21

2025.07.20

2025.07.19

2025.07.18

2025.07.17

2025.07.16

2025.07.15

İstisuda ferma yandı İstisuda ferma yandı 15 İyul 08:44

2025.07.14

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az